Taleh Bağırov işgəncəyə məruz qalıb

taleh-bagirov-isgenceye-meruz-qalib
Oxunma sayı: 688

“Qafqazinfo”nun “İslamazeri.az”a istinadən verdiyi məlumata görə, ruhaninin vəkili statusunda qeyd edib: "Hacı Tale Bağırzadə ilə görüşmək üçün səhər saat 09-da Kürdəxanıya getmişdim. Xəbər verdilər ki, həqiqətən karsa salınıb və görüşmək üçün rəisə deyilməlidir. Bu prosedur təqribən bir saata yaxın çəkdi. Nəhayət Talehi gətirdilər. 5 günlük karsa salınmağının səbəbi yazıları olmuşdur.Lakin bu ən dəhşətlisi deyil. Çünki söz və ifadə azadlığının pozulmasına görə insanların həbs olunmasına artıq öyrənmişik və cəmiyyət buna seyirçi qismində yanaşır.

Talehin dediyinə görə, onu rəis Azər Seyidov otağına apartdırıb. Əsəbi halda üstünə qışqıraraq deyib: "Bu nə yazılardı verirsən?" Daha sonra Talehi iki "nadzor" qollarından tutub. Rəis ona yaxınlaşaraq başından vurub, eynəyini yerə salıb. Rəis ona "Səni güllələyərəm" deyib. Tale cavabında isə "Bunu gözə almışam və şəhid olmağımı arzu edirəm, qorxmuram, bacarırsan güllələ" deyib.

Hacı Tale bildirir ki, burada haqq uğrunda yatanların həyatı hər an ölümlə üz-üzədir. Tərəfimdən hüquqi müdafiə tədbirləri görüləcək. Lakin eşitdiklərimdən hələ də şokdayam" .