Taleh Bağırovun həbs müddəti artırıldı

taleh-bagirovun-hebs-muddeti-artirildi
Oxunma sayı: 907


Vəkil bildirib ki, Nərimanov Rayon Məhkəməsində iyulun 26-da keçirilən prosesdə Taleh Bağırov da iştirak edib: “Həbsin uzadılmasını onunla əsaslandırdılar ki, məhkəməyə linqvistik ekspertizanın rəyi hələ daxil olmayıb. Ekspertizanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ədliyyə Nazirliyinin mütəxəssisləri aparır. Biz sual verdik ki, Taleh Bağırovun narkotik ittihamı ilə bağlı istintaqı bitibmi. Dedilər bitib, həbsin uzadılma səbəbi rəyin alınmamağıdır. Biz məhkəmənin diqqətinə çatdırdıq ki, bu, qeyri-qanuni bir addımdır, istintaq bitib, yeni ittiham elan olunmayıb, amma ilahiyyatçı naməlum bir ittihamla bağlı həbsdə saxlanılır”.

Vəkil deyib ki, Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklər. “Eyni zamanda Taleh Bağırovun həbsi ilə bağlı bütün sənədləri toplayıb Avropa İnsan Hüquqları Məhkəməsinə göndərəcəyik”.

Taleh Bağırov martın 31-də tutulub. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur.