Taleh Şahsuvarlı Milli Məclisə qarşı

taleh-sahsuvarli-milli-meclise-qarsi
Oxunma sayı: 661

“Qafqazinfo”ya daxil olan müraciətdə deyilir: “Parlamentin Payız sessiyası dövründə əməkdaşımızın parlamentə akkreditasiya olunması üçün Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə 15 avqust 2011-ci il tarixli məktubla müraciət etmişdik. Milli Məclisin Mətbuat Xidmətindən Sosial İnformasiya Agentliyinə verilən şifahi məlumata görə, sentyabr ayının sonlarında müraciətə baxılsa da, əməkdaşımız parlamentə akkreditasiya edilməyib.

Çox təəssüf edirik ki, əvvəlki sessiya dövründə əməkdaşımız hər hansı səbəb göstərilmədən Milli Məclisə akkreditasiya edilməmişdi. Bu fakt jurnalistin məlumat toplamaq hüququnun pozulması, Sosial İnformasiya Agentliyinin haqsız rəqabətə məruz qoyulması olmaqla yanaşı, ümumilikdə müstəqil KİV-ə qarşı açıq təzyiqdir.

Odur ki, Sizdən bu məsələni diqqətdə saxlamanızı və problemin həllinə yardım göstərməyinizi xahiş edirik”.