“Taleyimiz “Qarabağ” üzərindəki qələbədən asılıdır” - Nainqolan

taleyimiz-qarabag-uzerindeki-qelebeden-asilidir
Oxunma sayı: 1547

““Atletiko” ilə oyun “Roma”nın real gücünü göstərmirdi. Biz daha yaxşı oynaya bilərik”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Roma”nın yarımmüdafiəçisi Raca Nainqolan deyib. 

Çempionlar Liqasının 5-ci turunda “Atletiko”ya 0:2 hesabı ilə uduzan italyanların belçikalı futbolçusu növbəti mərhələ şansları haqqında da danışıb: “Oyunun ilk yarısında yaxşı çıxış etdik. İkinci hissədə isə lazımsız top itkilərinə yol verirdik. Bir az müdafiə olunduq və bu bizə lazımdır. “Qarabağ”la qarşıdakı matçı qazanmaqdan başqa çarəmiz yoxdur.

Hamımız bunun üçün çıxış edəcəyik. Azarkeş dəstəyi də bizə kömək olacaq. Ümumilikdə qrupda oyunlar çətindir. Hər kəs mövsümün əvvəlində “Qarabağ”ın bütün komandalara asan təslim olacağını deyirdi. Amma biz əksini gördük. Bundan sonra isə taleyimiz öz əlimizdədir. Yalnız Azərbaycan klubu üzərində qələbə lazımdır. Taleyimiz “Qarabağ” üzərindəki qələbədən asılıdır”.