“Taleyimiz “Qarabağ”ın əlindədir” - Simeone

taleyimiz-qarabagin-elindedir
Oxunma sayı: 2426

““Roma” “Qarabağ”dan güclüdür. Ona görə də Azərbaycan klubu üçün çətin olacaq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

O, dünən “Roma” üzərində 2:0 hesablı qələbədən sonra jurnalistlər qarşısına çıxıb. Mütəxəssis növbəti mərhələ şanslarının “Qarabağ”ın əlində olduğunu bildirib: “Biz inanırıq ki, “Qarabağ” “Roma”nı büdrədəcək. Başqa şansımız yoxdur. Londonda qalib gəlib, italiyalıların xal itirməsini gözləyəcəyik. Taleyimiz “Qarabağ”ın əlindədir”.