“Taliban” 150 sərnişini oğurlayıb

taliban-150-sernisini-ogurlayib
Oxunma sayı: 1049

“Taliban” radikal hərəkatı Əfqanıstanın Kunduz əyalətində üç avtobusu ələ keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Taliban” döyüşçüləri Tahardan Kabula doğru hərəkət edən avtobusları saxlayaraq 150 sərnişini oğurlayıblar. 

Əfqan hökuməti onların xilası üçün qoşun göndərib, intensiv döyüşlər gedir. 

Qeyd edək ki, daha əvvəl prezident Əşrəf Qani Qurban bayramı ilə əlaqədar “Taliban”la 3 aylıq atəşkəs elan etmişdi.