“Taliban” 30 sərnişini oğurlayıb

“Taliban” 30 sərnişini oğurlayıb
Oxunma sayı: 279

“Taliban” radikal hərəkatı döyüşçüləri Əfqanıstanın cənubunda içərisində 30 sərnişinin olduğu avtobusu ələ keçiriblər. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, avtobus bu gün Qəndəhar və Uruzqan əyalətləri arasındakı magistralda hərəkət edərkən taliblər ona hücum ediblər. 

Qaçırılan şəxslərin şəxsiyyəti hələ ki, müəyyən olunmayıb. Araşdırma başlayıb. 

“Taliban” hərəkatı isə insidenti şərh etməyib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi