“Taliban” a qarşı əməliyyat 19 saat çəkib

taliban-a-qarsi-emeliyyat-19-saat-cekib
Oxunma sayı: 635

“Qafqazinfo”nun “Rranse-Presse” agentliyinə istinadən əldə etdiyi məlumata görə, NATO komandanlığı altında koalisiya qüvvələrinin nümayəndələri əməliyyatın 19 saat çəkdiyini deyiblər.
Əfqanıstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, ABŞ səfirliyinin yerləşdiyi əraziyə 6 nəfər “Taliban”çı hücum edib və əməliyyatda onların hamısı məhv edilib.
Rəsmi məlumatlara görə, “Taliban”ın hücumu zamanı 11 nəfər ölüb, ölənlərdən 3 –ü uşaqdır. Hadisədə 19 nəfər yaralanıb. Yaralılar içərisində koalisiya qüvvələrinin hərbiçisi olan 6 xarici vətəndaş var.
“Taliban”çılar səfirliyin və NATO komandanlığı altındakı koalisiya qüvvələrinin yerləşdiyi məhəlləyə dünən saat 14.30-da hücum etmişdilər.