Taliban ABŞ-ı xəbərdar edibmiş

taliban-abs-i-xeberdar-edibmis
Oxunma sayı: 641

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, Taliban lideri Molla Ömərin müavini Vəkil Əhməd Mütəvəkkil əl-Cəzirə televizayasına verdiyi açıqlamada bu barədə 1990-cı illərdə Amerika müəssisələrinin hədəf alındığı hücumlarla əlaqədar olaraq Bin Ladenin mühakimə olunması üçün bəzi təkliflərinin olduqlarını söyləyib.
Mütəvəkkil Talibanın təkliflərini Pakistandakı ABŞ səfirliyi və ya BMT-dəki qeyri-rəsmi Taliban bürosu vasitəsilə dolayı yolla çatdırıldığını deyib.

Taliban nümayəndəsi ABŞ-ın heç bir təklifi ciddi qəbul etmədiyini bildirib. Mütəvəkkil bunun səbəbini ABŞ-ın Talibana güvənmədiyi ilə izah edib.

11 Sentyabr hücumlarının təşkil edildiyi dövrdə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Pakistandakı səlahiyyətlisi Robert Grenier də Talibandan belə təkliflər gəldiyini təsdiqləyib.