Taliban liderinin oğlu arzusuna çatdı, öldü

taliban-liderinin-oglu-arzusuna-catdi-oldu
Oxunma sayı: 702

Radikal qruplaşma olan Taliban lideri Mulavi Haybatulla Axunzadın oğlu ölüb. 

“Qafqazinfo” Reuters-ə istinadən xəbər verir ki, o, iyulun 20-də Əfqanıstanda Gilmənd vilayətində terror hadisəsi törədərək vəfat edib.

23 yaşlı Abd ar-Rəhman partlayıcı ilə yüklənmiş nəqliyyat vasitəsinin sükanı arxasında olub. Maşın əfqan hərbi bazasının yerləşdiri Girişk şəhəri istiqamətində gedirmiş.

Qeyd edilir ki, liderin oğlu mədrəsədə təhsil alırmış və uzun müddət terror hadisəsi törədərək məhv olmaq arsuzunda imiş.