“Taliban” Trampa açıq məktub göndərib

taliban-trampa-aciq-mektub-gonderib
Oxunma sayı: 630

“Taliban” radikal hərəkatı ABŞ prezidenti Donald Trampa açıq məktub göndərib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məktubda Trampa Əfqanıstandan qoşunlarını tamamilə çıxarmaqla bağlı çağırış edilib. 

“Taliban”ın məktubunda bəyan edilir ki, ölkədə təcavüz xarici qoşunların mövcudluğu ilə birbaşa bağlıdır. Hərəkat, həmçinin ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı Əfqanıstanda dağıdıcı fəaliyyət göstərməkdə ittiham edib. Həmin fəaliyyət nəticəsində isə ölkə təhlükəsizlik, iqtisadiyyat və idarəçilik baxımından ən pis ölkələrdən birinə çevirib.