Talıbov naziri işdən çıxardı - Yeni təyinat

talibov-naziri-isden-cixardi
Oxunma sayı: 810

Naxçıvan Muxtar Respublikasının vergilər naziri vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun APA-ya istinadən məlmatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
 
Sərəncama əsasən Əli Mahmudov Naxçıvan Muxtar Respublikasının vergilər naziri vəzifəsindən azad olunub. V. Talıbovun digər sərəncamı ilə Azər Nağıyev Naxçıvan Muxtar Respublikasının vergilər naziri təyin edilib.
 
A. Nağıyev indiyədək Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb