Tanınmış aktyor 19 il 6 aya qədər həbs oluna bilər

taninmis-aktyor-19-il-6-aya-qeder-hebs-oluna-biler
Oxunma sayı: 2013

Türkiyənin “Güldür Güldür” şousunun iştirakçısı, tanınmış aktyor Özgün Aydın 5 il 5 aydan 19 il 6 ayadək azadlıqdan məhrum edilə bilər.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun dava baş verən yerə gələn polislərə qarşı müqavimət göstərməsi, eləcə də onları təhqir etməsi olub.  

Ö. Aydının dostları - Tamer Yurtbaşı və Elif Çelikcan da polisləri təhqir etdiklərinə görə 1 il 5 ay 15 gündən 3 il 9 ayadək həbs oluna bilərlər.

Artıq sözügedən məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanları Anadolu 56-cı Asliye Cəza Məhkəməsinə müraciət edib. Məhkəmə cinayət işi ilə əlaqədar iclas günü təyin edib.