Tanınmış aktyor film üçün imicini dəyişdi - Foto

taninmis-aktyor-film-ucun-imicini-deyisdi
Oxunma sayı: 1821

“Kara sevda” serialından Emir obrazı ilə məşhurlaşan aktyor Kaan Urqancıoğlu imicində dəyişiklik edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 37 yaşlı aktyor “Baron 2” filmi üçün Misirə yollanıb. O, saçlarını və saqqalını uzadaraq geyimini dəyişib. Kaanın filmi Özbəkistan-Rusiya-Misirin birgə layihəsidir.

Sosial şəbəkə izləyiciləri Urqancıoğlunun yeni imici ilə bağlı təəccübləndiklərini yazıblar.