Tanınmış aktyor vəfat etdi

taninmis-aktyor-vefat-etdi
Oxunma sayı: 643

Məşhur fransalı aktyor Klaude Riç vəfat edib.

“Qafqazinfo” “Deutsche Welle”yə istinadən xəbər verir ki, aktyor 88 yaşında dünyasını dəyişib.

Klaude "Səni sevirəm, səni sevirəm", "Paris yanır?" kimi filmlərdə xarakterinin dərinliyini və xarizmasını göstərə bilib. "Asteriks və Obiliks" filmlərində isə Druid rolunu canlandırıb.

O, ümumilikdə 80-dən artıq filmdə rol alıb.