Tanınmış alimlə bağlı universitetdən açıqlama - “Əxlaqsızlığa görə qovulub”

Tanınmış alimlə bağlı universitetdən açıqlama
Oxunma sayı: 7649

Tanınmış fəlsəfə doktoru Mail Yaqubun az maaş verildiyi üçün Xəzər Universitetindən çıxması xəbərinə ali təhsil müəssisəsinin rektoru Hamlet İsaxanlı cavab verib.

“Qafqazinfo” xəbər verir ki, universitetin təsisçisi “Bizimyol”a açıqlamasında iddianın əsassız olduğunu deyib:

“Mən düşünürəm ki, ona cavab verilib. Azərbaycanda ən yüksək məvacib verən universitet Xəzər Universitetidir. Bizdə 2000, 3000 maaş alan müəllimlər var. Bu adam əxlaqsızlığa görə qovulub.Gərək öz ayıblarının üstünü açmayaydı. Buna dərs vermək istəməyiblər. O özü bizə yalvarıb ki, mənə bir dənə dərs verin.Bir dənə dərsə də nə verilməlidir ki? Onu müəllim kimi saxlamayıblar. “Xəzər Universiteti yüksək məvacib verir. İndi əməkhaqqı rəsmi verilir, vergilərdə də yoxlatmaq olar. Onu universitetdən qovmaq haqda qərar çıxarıblar. Bütün sənədlər də var, şikayətlər, yazılmış müraciətlər. Nizam- intizam komisiyasının da rəyi var.Ləyaqətsiz bir hərəkət edib, ona görə də qovulub. Sadəcə o, nəyə görə qovulduğunu gizlədib. Bütün olanlar sənədləşdirilib”.

H.İsaxanlı özünə otel tikdirməsi məsələsinə də toxunub.

“Qaldı ki, Xəzər Universitetinin rəsmi oteli, istirahət mərkəzi var. Üstündə də yazılıb: “Konfrans və istirahət mərkəzi”.Bütün universitetlərin istirahət mərkəzləri var. Bu otel mənim deyil, universitetindir. Mən bu məsələlərə qarışmıram. Sadəcə universitetin idarə heyətinin sədri kimi universitetin inkişafı ilə məşğulam.Bu adam ömür boyu mənə yaltaqlanan olub.Mənim də yaltaqlanan adamdan zəhləm gedir. Çünki onlar “sürüşkən” olurlar. Onu başa düşürəm, çox pis vəziyyətdə qalıb. Çox pis şeyə görə qovulub. Ona görə belə açıqlamalar verib”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi