Tanınmış aparıcı doğum gününə bir gün qalmış öldürüldü

taninmis-aparici-dogum-gunune-bir-gun-qalmis-olduruldu
Oxunma sayı: 6722

Meksikanın tanınmış radio aparıcısı Xesus Ramos Rodriqes Tabasko ştatında kafelərdən birində səhər yeməyi yeyərkən qətlə yetirilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, məkana yaxınlaşan naməlum maşından düşən 3 nəfər şəxs jurnalistə atəş açıb. Cinayət işi ilə bağlı araşdırmalara başlanılıb. 

Qeyd edək ki, jurnalistin sabah 59 yaşı tamam olacaqdı. O, “Nuestra Region” radiosunun məşhur aparıcısıdır.