Tanınmış deputat da prezident olmaq istəyir

Tanınmış deputat da prezident olmaq istəyir
Oxunma sayı: 2922

Milli Məclisin deputatı Zahid Oruc aprelin 11-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.

O, “Qafqazinfo”ya bildirib ki, sənədlərini 2 gün öncə MSK-ya təqdim edib. Zahid Oruc təşəbbüs qrupu tərəfindən müstəqil qaydada seçkilərə qatılıb.

Qeyd edək ki, Z. Oruc prezidentliyə iddialı ikinci deputatdır.

Xatırladaq ki, bu günə kimi prezident İlham Əliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Yeni AXCP-nin sədri Razi Nurullayev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ağ Partiyanın sədri Tural Abbaslı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev və Azərbaycan Liberal Demokrat Partiyasının lideri Fuad Əliyevin namizədliyi irəli sürülüb.

***

Millət vəkili Zahid "Qafqazinfo"ya seçkilərdə əsas hədəf qrupunu açıqlayıb:

"Mən sadə bir ailənin övladıyam.Heç bir partiya mənsubiyyətinə malik deyiləm.Ölkəmizdə milyonlara insan partiyalı vəsiqə daşımır. Əgər zəhmətkeş bir ailənin təmsilçisi prezidentliyə namizəd ola bilirsə, deməli, Ulu öndər Heydər Əliyevin qurduğu ölkədə xəyallar gerçəkləşir.

Mənə görə ən böyük sərvət insanların arzusudur.Vaxtilə böyük ideallarla yaşayan sadə amerikalılar kimi bizim də arzularımız var.Baxın,ölkəmizdə müstəqllik illərində doğulan nəslin artıq 27 yaşı var və onlar artıq yetkinləşir,həyatda öz uğurlu yerlərini tutmağa çalışırlar.Prezident seçkilərində bizim əsas hədəf qrupumuz onlar olacaq.

Seçkilərin nəticələri birinci növbədə xalqa lazımdır. Biz ölkəmizin gələcəyinə inananların birliyinə nail olmalıyıq".

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi