Tanınmış iş adamı 65-ci yaşını dəbdəbəsiz keçirir

taninmis-is-adami-65-ci-yasini-debdebesiz-kecirir
Oxunma sayı: 2450


-Afiq bəy, bildiyimiz kimi bu gün Azərbaycanda çox yaxşı tanınan bir iş adamının - Abdoolbari Goozalın ad günüdür. Yəqin ki, Holdinqdə bu gün ilə əlaqədar olaraq təntənəli yığıncaqlar keçirilir?

- Bəli, 23 avqust tarixində hörmətli sədrimiz, cənab Abdoolbari Goozalın ad günüdür. Bu gün onun 65 yaşı tamam olur.  Hər kəsin adət etdiyi kimi, “Azersun”da xüsusi ab-hava yoxdur, hamı onun ad gününü özlüyündə qeyd edir. Çünki Goozal bəy təntənəni xoşlamır, o, dəbdəbədən uzaq adamdır və heç vaxt bu günə qədər özünə hansısa restoranda, oteldə dəbdəbəli ad günü şənliyi keçirməmişdir. Hər dəfə onun əkdiyi ağaclar yaşıllaşdıqda, bir kiməsizin, imkansızın əlindən tutaraq çətinlikdən qurtardıqda onun üçün ad günü olur. Hər gün Azərbaycanın adının, uğurları dünyanın müxtəlif yerlərindən gəlməsi Abdollbari Goozal üçün bir doğum günü hədiyyəsi olur. “Azersun Holding” ailəsi də bu mötəbər ağsaqqalın ətrafında çalışdığına görə qürur duyur, fəxr hissi keçirir. Düzdür, Cənab Goozal bəy təbrikləri heç zaman qəbul etmir, heç bir yerdə təntənəli tədbir keçirmir. Fürsətdən istifadə edərək hər birimiz dəyərli ağsaqqalımızı təbrik edir, ona uzun ömür və can sağlığı arzulayırıq. 

- Afiq bəy, mözudan uzaq olsa da, Sizə bir sual vermək istəyirəm. Bu günlərdə mətbuatda  “Azersun Holding”  tərəfindən İraqda yaşayan yezidi kürdlərinə ərzaq yardımının edilməsi barədə məlumat dolaşırdı. Bu məlumat mətbuatda və cəmiyyətdə geniş müzakirə edildi. Eşitdiyimə görə, daha sonra holdinq tərəfindən bu məlumat təkzib olunub və yardımın iraq tükmənlərinə edildiyi bildirilib. Xahiş edirəm, doğrusunu deyərdiniz,  bu ərzaq yardımının edilməsində hansı məqsədlər güdülmüşdür?

-“Azersun Holding”  bu məsələ ilə bağlı heç bir yerdə təkzib verməmişdir. Biz ilk gündən bildirmişik ki, yardım insanların milliyyətinə, dininə, dünyəvi fikirlərinə görə edilməyib. Onların hər biri lənətlənəsi təşkilat tərəfindən müsibətlərə düçar olunmuş, ailə üzvlərini, əzizlərini, dostlarını itirmiş insanlardır. İstər kürd olsun, istər türkmən olsun – onları  hazırda birləşdirən bir nöqtə vardır, bu, onların ortaq dərdləri, ortaq müsibətləridir. Biz hesab edirik ki, orada fərqli millətlər yoxdur, İraqda haqsızlığa və zülümə məruz qalmış bir millət vardır. Biz də bu xalqların topluluğundan yaranmış bir millətə yardım etmişik. Yeri düşmüşkən bildirim ki, hazırda “Azersun Holding”in tərkibindəki şirkətlərdə 23-dək millətin nümayəndələri çalışır. Həmçinin qeyd etmək istəyirəm ki, Azərbaycanda hakimiyyət  bir dəfə başıboşların əlinə keçdi və onların yarıtmaz antimilli və şovinist siyasətləri nəticəsində ölkədə milli məsələlər qızışdı, separatizim meyilləri baş qaldırdı və ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Həmin vaxt Allah ümummilli lider Heydər Əliyevi xalqımıza yetridi və bu problem öz həllini tapdı. Bu mövzunu qabardan (red: kürt mövzusu nəzərdə tutulur), Azərbaycanı parçalara və tikələrə bölənlərə mənim sözüm budur ki, zəhmət çəkib hörmətli akademikimiz Ramiz Mehdiyevin Azərbaycançılıq ideologiyasından bəhs edən əsərlərini oxusunlar, öyrənsinlər və əzbərləsinlər. Həmin əsərlərdə onların hər birinin yaratmaz, separativ suallarına cavab verilir. 

-Siz Holdinqdə Abdoolbari Goozal bəy  ilə birbaşa çalışan işçilərdən birisiniz. Yəqin ki, ona yaxın olduğundan hörmətli iş adamının gələcək planları barədə də məlumatlara maliksiniz? Bu barədə nələri deyə bilərsiniz? 

-Abdoolbari Goozal ancaq yaxşılıqlar haqqında fikirləşir. Allaha çox şükür ki, gümrahdır, həmişəki kimi işinin başındadır. Hər zaman olduğu kimi yeni-yeni layihələri həyata keçirməyi nəzərdə tutur. O, bütün azərbaycanlı gənclərin, o cümlədən Azersunlu gənclərin ruhunun qida mənbəyidir. Bizim enerji dolu, tükənməz rəhbərimiz və ağsaqqalımızdır