Tanınmış jurnalist infarktdan dünyasını dəyişdi

taninmis-jurnalist-infarktdan-dunyasini-deyisdi
Oxunma sayı: 6943

Tanınmış jurnalist Nicat Məlikov dünyasını dəyişib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə mərhum jurnalistin dostları sosial şəbəkədə məlumat yayıb.

Üç uşaq atası olan 39 yaşlı N. Məlikovun mağazaya gedərkən qəfil yerə yıxıldığı, ürəktutmasından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Nicat Məlikov “Zerkalo” qəzetinin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun sonuncu iş yeri “Vesti.Az” saytı olub.

Allah rəhmət eləsin!