Tanınmış jurnalistin oğlu qəza törətdi- - Video+Fotolar

taninmis-jurnalistin-oglu-qeza-toretdi-
Oxunma sayı: 3356


Bu gün paytaxtın Səbail rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.   “Qafqazinfo” Axar.az-a istiadən xəbər verir ki, hadisə gecə 01:00-da yüksək sürətlə irəliləyən "BMV" markalı 10 OE 728 dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirməsi nəticəsində baş verib.   

İdarəetməni itirən avtomobil yol kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən ağac aşıb. Bunun da nəticəsində yaxınlıqda olan bir nəfər xəsarət alıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım vasitəsi ilə xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.   

Məlumata görə, hadisəni törədən Kərim adlı şəxs tanınmış jurnalist Azər Qəribin oğludur.