Tanınmış müğənni səhnədə uşağın ağzına tüpürdü - Video

Tanınmış müğənni səhnədə uşağın ağzına tüpürdü
Oxunma sayı: 2873

Məşhur qazax müğənnisi Toreqali Toreali Astanada konserti zamanı azyaşlı uşağın ağzına tüpürüb.

“Qafqazinfo” Qazaxıstan mediasına istinadən xəbər verir ki, sənətçi səhnəyə ona gül vermək üçün çıxan oğlana qədim qazax adətini tətbiq edib. Toreqali uşağın ağzına tüpürdükdən sonra səhnədən enərkən onu təpiklə də vurub.

“Bizdə aulda həmişə belə edirlər. Düzdür, özümə söz vermişdim səhnədə artıq heç nə etməyəcəm, amma hələ də sözümün üstündə durmuram”, - deyə Toreali bildirib.

“Auzına tukirtu” (“Ağıza tüpürmə”) inancına görə, istedadlı biri uşağın ağzına tüpürərsə, onun bacarığının bir hissəsi həmin şəxsə keçəcək. 

Müğənninin bu addımı zalda əyləşənlərin alqışları ilə qarşılansa da, sosial şəbəkə istifadəçilərinin hiddəti ilə üzləşib.

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi