Tanınmış şoumen yenidən süni nəfəs aparatına qoşuldu

taninmis-soumen-yeniden-suni-nefes-aparatina-qosuldu
Oxunma sayı: 2770

Bir ay əvvəl evində yıxılaraq komaya düşən şoumen Mehmet Əli Ərbil yenidən süni nəfəs aparatına qoşulub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə şoumenin həkim bacısı Yeşim ərbil bidlriib: “Cansıxıcı xəbər verirəm. Ötən həftə süni nəfəs aparatından ayırmışdıq. 4 gün özü tənəffüs etdi. Amma dünən axşam vəziyyəti qəfil pisləşdi və nəfəs almağında problem yarandığından aparata qoşduq. Gözləyirik...”. 

Xatırladaq ki, Mehmet Əli Ərbil evində yıxılmış və qabırğaları sınaraq ağciyərini zədələmişdi. Şoumen əməliyyatdan sonra ayılmayıb.