Tanınmış stilistimiz Beynəlxalq Moda Həftəsində

taninmis-stilistimiz-beynelxalq-moda-heftesinde-
Oxunma sayı: 653

Bu barədə “Qafqazinfo”ya məlumat verən stilist bildirib ki, bu möhtəşəm moda həftəsində, o, Azərbaycan adından xüsusi şou nümayiş etdirəcək: “Bu moda həftəsində Azərbaycanın adından çıxış etməkdən qürur hiss keçirirəm. Bu, olduqca önəmlidir və Gürcüstana məhz mənim dəvət olunmağım gözəl bir hadisədir. Moda həftəsi üçün çox özəl və eksklüziv şou hazırlamışam və ölkəmizi layiqincə təmsil etmək borcumdur”.

A. Ağakişiyev Beynəlxalq Moda Həftəsində iştirak etmək üçün sabah Gürcüstana yola düşəcək. Stilist üç gündən sonra Vətənə qayıdacağını bildirib. Moda Həftəsində Türkiyədə yaşayan modelyer Ramazzi də təmsil olunacaq.

Nigar