Tanınmış teleaparıcı xəstəxananı məhkəməyə verir

taninmis-teleaparici-xestexanani-mehkemeye-verir
Oxunma sayı: 648

“Hazırda hər şey yaxşıdır. Şükür Allaha, başımda saçım da var. Bu, Azərbaycanda mənə qoyulan səhv diaqnozun ucbatından olmuşdu. Mərkəzi Klinikanın ambulatoriyasından mənə səhv diaqnoz qoymuşdular. 6 ay bu səhv diaqnozla “müalicə” almışam. Bununla bağlı hüquqşünasımızla Mərkəzi Klinik Xəstəxanasından məhkəməyə şikayət edəcəyik. İstəyirik ki, səhv diaqnoza görə, onlar məsuliyyətə cəlb olunsunlar”, - Z.Qasımova bildirib.

O, sağlamlığıma qovuşmaq üçün Türkiyənin paytaxtı Ankara şəhərinə getdiyini və müalicəsini orada davam etdirdiyini söyləyib: “Amma radioterapiya və kimyaterapiyanı Bakıda müalicə oldum. Ümumiyyətlə, hər 3 aydan bir həkim nəzarətində oluram. Sağ-salamatam”.