Tanınmış vizajist ad gününü qeyd etdi- - Fotolar

taninmis-vizajist-ad-gununu-qeyd-etdi-
Oxunma sayı: 3522


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, 27 yaşı tamam olan Nərmin şad gününü ailə üzvləri ilə birlikdə keçirib.

İlk təbriki həyat yoldaşı Turandan alan vizajist təəssüratlarını bizimlə bölüşüb: 

“Məni sevən hər kəsdən təbriklər gəldi. Bu günümü unudulmaz və gözəl keçirdim. Birinci təbrik və hədiyyəni həyat yoldaşım Turandan aldım: mənə nişan üzüyü bağışladı. İlk nişan üzüyüm böyük olduğu üçün istifadə edə bilmirdim. İndi daha incə birini alıb ki, hər zaman barmağımda olsun. Bir neçə gün öncə isə atam mənə “Jeep Wrangler” avtomobili alıb. Bu xoş günümdə yanımda olan hər kəsə minnətdaram”.

Qeyd edək ki, müğənni Günay İbrahimli də N.İbrahimovanı təbrik edənlər arasında olub.