Tanışı 20 yaşlı gənci bıçaqladı

tanisi-20-yasli-genci-bicaqladi
Oxunma sayı: 1360

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo"nun verdiyi məlumata görə, rayonun Quşcu kənd sakini 1999-cu il təvəllüdlü Həsənov Eltun İlham oğlu qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan gəncin vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, E. Həsənov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli