Tanışını bıçaqladı, 7 il cəza aldı

tanisini-bicaqladi-7-il-ceza-aldi
Oxunma sayı: 639

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən 1993-cü il təvəllüdlü Vasif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rauf Əliyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə V.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 14-də Səbail rayonunda baş verib. Siyəzən rayon sakini Vasif Məmmədov Bakı şəhər sakini Tural Cəbiyevə bir neçə bıçaq zərbəsi vurub.

Murad Əhməd