Tanışını qətlə yetirənin məhkəməsi başladı

tanisini-qetle-yetirenin-mehkemesi-basladi
Oxunma sayı: 633

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Zahid Məmiyevin məhkəməsi başlayıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses mayın 2-də davam etdiriləcək. 

Qeyd edək ki, 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsinİn Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Z.Məmiyev Cinayət Məcəlləsinin 120.2-ci (xüsusi amansızlıqla qətlə yetirmə) maddəsi ilə ittiham edilir. 

Murad Əhməd