Tanışını şantaj edib 1000 manat tələb etdi

tanisini-santaj-edib-1000-manat-teleb-etdi
Oxunma sayı: 1527

Mingəçevirdə tanışını şantaj edən şəxs saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 13-də Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat verməsini tələb etdiyini bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.  Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb. Araşdırma aparılır.

Murad Əhməd