Tanışının qulağını kəsənə 7.6 il həbs istənildi

tanisinin-qulagini-kesene-76-il-hebs-istenildi
Oxunma sayı: 1121

Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə mübahisə etdiyi şəxsin qulağını kəsməkdə təqsirləndirilən İbrahim İbrahimliyə cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək İ.İbrahimlinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Hakimlər müşavirəyə çıxıb, günün ikinci yarısında hökm oxunacağı gözlənilir.

İttihama görə, 2018-ci il iyun 10-da Badamdar qəsəbəsində yerləşən kafelərin birində tanışı Şahin Əliyevlə araq içən İ.İbrahimli onunla mübahisə edib. Bu zaman stolun üstündəki şüşə “butulka”nı Ş.Əliyevin başına vurub, daha sonra “butulka”nın sınığı ilə onun qulağını kəsib. 

Murad Əhməd