“Tanrıya and olsun mən onu zəhərləmədim” - Qızını öldürən ana

“Tanrıya and olsun mən onu zəhərləmədim”
Oxunma sayı: 1970

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə prosesi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə G.Saypullayeva ifadə verərək deyib ki, uşağına görə anası onu qəbul etməyib: "Həmin gün gördüm ki, qızım süd içir. Tanrıya and olsun mən onu zəhərləmədim. Özü səhvən içib. Özümü öldürərəm, ama uşağımı yox. Mən anama lazım deyildim, psixoloji olaraq əziyyət çəkirdim. 16 yaşımda ana olmuşam. Anam uşağımı qəbul etmədi, onu Bakıdan gələn bir qadına vermək istəyirdi". 

Proses noyabrın 8-də davam etdiriləcək. 

Qeyd edək ki, hadisə bu ilin iyun ayının 14-də Qusar rayonunun Hil kəndində baş verib. Kənddə fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat versə, azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. G.Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, 5 yaşlı Luiza zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağına içirtdiyini deyib. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi