Tanzaniyada batan gəmidə ölənlərin sayı 86-ya çatdı

tanzaniyada-batan-gemide-olenlerin-sayi-86-ya-catdi
Oxunma sayı: 648

Tanzaniyanın Viktoriya gölündə sərnişin daşıyan bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 86-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, 44 nəfərin cəsədi ötən gün insidentdən dərhal sonra, 42-sinin isə bu gün səhər tapılıb.

Rəsmilər bilet satışı sisteminin çökdüyünü, bu səbəbdən də bərənin lazım olandan artıq sərnişinlə yükləndiyini bildiriblər. Ölü sayının artacağı istisna edilmir.

Xatırladaq ki, bərənin göyərtəsində ümumilikdə 300-dən çox insan olub. Gəmi sərnişinlərdən əlavə yük də daşıyıb.