TAP layihəsi üzrə saziş fevralın 13-də imzalanacaq

tap-layihesi-uzre-sazis-fevralin-13-de-imzalanacaq
Oxunma sayı: 642

“APA-Economics”in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos bildirib.

Bu barədə o, Münhen təhlükəsizlik konfransının kuluarlarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra bəyan edib.

İmzalanma mərasimində Azərbaycan hökumətindən də nümayəndənin iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycan qazını Qərbi Avropaya nəql edəcək TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il lazım olacağı təqdirdə kəmərin inşasına 2013-cü ildə başlanacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.