“Tarif Şurasına nazirlərin özü daxil olsun...”

“Tarif Şurasına nazirlərin özü daxil olsun...”
Oxunma sayı: 1127

Deputat Tahir Kərimli də büdcə zərfinin müzakirəsində ölkədə qiymət siyasətinə toxunub.

“Qafqazinfo” xəbər verir ki, o xatırladıb ki, Tarif Şurasının tərkibinə nazir müavinləri daxildir: “Hər dəfə gözləyirik ki, nə qiymət dəyişikliyi olacaq? Mərkəzi Bankın sədri burada dedi ki, manatın  qiyməti xarici şoklardan asılıdır. Mən çox narahatam. Biz bilmirik ki, yanacağın qiyməti artacaq ya yox?  Çünki  yanacağın qiyməti artsa, bu digər sahələrə də təsir edəcək. Mən təklif edirəm ki, Tarif Şurasına ya nazirlərin özü daxil olsun, ya da  hökumət özü qiymət siyasətini müəyyən etsin”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi