Tarif Şurasından “gediş haqqı artırılıb” xəbəri ilə bağlı- - Açıqlama

tarif-surasindan-gedis-haqqi-artirilib-xeberi-ile-bagli-
Oxunma sayı: 3287


Tarif (qiymət) Şurası avtobuslarda qiymət artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, son günlərdə sərnişindaşıma xidmətlərinin tariflərinin artırılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Belə ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 5 sentyabr 2014-cü il tarixində keçirilmiş növbəti iclasında sərnişindaşıma xidmətlərinin tarifləri dəyişdirilməyib, Nəqliyyat Nazirliyinin müraciəti əsasında şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar Şuranın 26 aprel 2013-cü il tarixli Qərarına dəyişikliklər edilib.

Qəbul olunmuş qərara əsasən şəhərdaxili marşrutlarda gediş haqqı mövcud 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar 8 marşrut xəttinin (114, 131, 146, 181, 189, 202, 203, 215) məsafəsi qısaldığından, 15 marşrut xəttinin (102, 106, 112, 126, 139, 140, 149, 164, 168, 169, 171, 182, 194, 196, 211) məsafəsi isə uzandığından gediş haqqı mövcud tariflər əsasında məsafəyə uyğunlaşdırılıb.