Tarif Şurasının qərarı inflyasiyaya təsir edəcəkmi?

tarif-surasinin-qerari-inflyasiyaya-tesir-edecekmi
Oxunma sayı: 2479

“Tarif Şurasının nəqliyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya bir qədər yükseldici təsiri var. Lakin düşünmürük ki, bütövlükdə inflyasiyanı hədəf dəhlizindən kənarlaşdıra bilər. Təsiri çox minimal olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Tarif Şurasının qərarı ilə nəqliyyatda qiymət artımının inflyasiyaya təsirinin olub – olmayacağı haqda sualı cavablandırarkən deyib. O, bildirib ki, inflyasiyanın əsas amili məzənnə sabitliyidir: “Biz məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olduq. Pul kütləsinin optimal formalaşmasına nail olmuşuq. Bu da inflyasinın idarə olunmasında mühüm rol oynayıb”.