“Tarix ABŞ-ı və İsraili bağışlamayacaq” - Ərdoğan

“Tarix ABŞ-ı və İsraili bağışlamayacaq”
Oxunma sayı: 630

“Tarix ABŞ-ı və İsraili bağışlamayacaq”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Britaniyanın baş naziri Tereza Meylə görüşü zamanı deyib. O, Qəzzada İsrail əsgərlərinin fələstinlilərə qarşı törətdiyi qırğını qətliam adlandıraraq BMT-ni dərhal addım atmağa çağırıb:

“Mən beynəlxalq ictimaiyyəti və BMT-ni vaxt itirmədən hərəkətə keçməyə, bu zülmə son verməyə çağırıram. Amerika “Mən güclüyəmsə, haqlıyam” deyir. Xeyr, sən haqlı deyilsən. Tarix səni bağışlamayacaq. İsraili isə heç bağışlamayacaq. Bunu da görəcəyik”. 

Nuranə 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi