“Tarix yazmaq üçün vacib addımı atdıq” - Almeyda

tarix-yazmaq-ucun-vacib-addimi-atdiq
Oxunma sayı: 662

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubuna 1:0 hesabı ilə qalib gəlib.
 
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda oyundan sonra əməkdaşımızın da suallarını cavablandırıb.
 
- 90 dəqiqə də var. Çətin komandadır. Tarix yazmaq üçün vacib addımı atdıq. İşimizi bitirməmişik.
 
- Danimarkada “Qarabağ” nədən ehtiyatlanmadlıdır? Çünki bu gün rəqibdən aşkar üstün idi...
- Bizim rəqibdən aşkar üstün olduğumuzu demək çətindir. Hər iki komandanın fərqli oyun tərzi var. Bizim də oyun stilimiz belədir. Deməzdim ki, aşkar üstün komandayıq. Bu, Çempionlar Liqasıdır. Burada zəif yoxdu.
 
- Premyer Liqa oyunlarında emosional olsan da, avrokuboklarda fərqlisən...
- Siz belə düşünürsünüz? Mənim oyunlarımı diqqətlə izləməyi tövsiyə edirəm.