Tarixi görüşdən - Fotolar + Yenilənib

tarixi-gorusden
Oxunma sayı: 6683

Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşü sabah səhər sərhəddə baş tutacaq.

“Qafqazinfo” “milliyet”ə istinadən xəbər verir ki, Kim Çen In 1953-cü il müharibəsi bitdikdən sonra sərhədi keçən ilk Şimali Koreya lideri olacaq.

Görüşün təfərrüatları bəlli olduqdan sonra insanlar küçələrə axışmağa başlayıblar. "Müharibəyə Yox" şüarları ilə keçirilən şənliklərdə iki ölkə liderinin əl-ələ tutduğu fotoları yer alıb.

Tədbir yerli vaxtla 09.30-da start götürəcək. Daha sonra isə Sülh evində davam etdiriləcək. Liderlərin gətirəcəyi su və torpaqla sülh ağacı əkiləcək.

Görüşün sonunda müqavilə imzalanacağı və birlikdə mətbuat konfransı keçiriləcəyi gözlənilir.

***

Şimali və Cənubi Koreyanın liderləri Kim Çem In ilə Mun Çje İn arasında görüş başlayıb. Tərəflər bir-birinin əlini sıxaraq şəkil çəkdiriblər.