Tarixi stadion sökülür

tarixi-stadion-sokulur
Oxunma sayı: 1663

İtaliyanın Milan şəhərində yerləşən “San-Siro” stadionu söküləcək.

“Qafqazinfo” xəbər verir ki, bu stadionda ev oyunlarını keçirən “Milan” və “İnter” yeni arenanın tikilişinə başlayacaq.
 
“Milan”ın prezidenti Paolo Skaroni jurnalistlərə açıqlamasında yeni stadionun layihəsinə 700 milyon avro xərclənəcəyini açıqlayıb. Stadion 80 min azarkeş tutumuna malik olacaq və 2022-ci ildə açılışı olacaq.
 
Qeyd edək ki, 80 min 18 nəfər azarkeş tutumuna malik olan “San-Siro” 1926-cı ildən fəaliyyət göstərir. “Milan” 1926-cı ildən, “İnter” isə 1947-ci ildən bu arenada oyunlarını keçirir.