Tarixin yaddaqalan 10 ən məşhur əl sıxışması - Fotolar

tarixin-yaddaqalan-10-en-meshur-el-sixismasi
Oxunma sayı: 6167

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İnin Sinqapur görüşü zamanı dünya mediasının diqqətini çəkən əsas nüanslardan biri də liderlərin əl sıxıb görüşməsi idi. Ancaq tarix təcrübəsi göstərir ki, bu cür əllə görüşlərin heç də xoş sonluğu olmayıb.

"Qafqazinfo" BBC-yə istinadən tarixin 10 məşhur "əl görüşü"nü təqdim edir: 

1. Hitler və Çemberlen 

22 iyul, 1938-ci il. Alman diktator Adolf Hitler və İngiltərənin o zamanlı baş naziri Nevill Çemberlen Almaniyanın Bonn şəhəri yaxınlığındakı Drizen otelində əl sıxmışdılar. Liderlər Almaniyanın o zaman Çexoslavakiyanın bir hissəsi olan Südeti işğalı məsələsini görüşmək üçün bir araya gəlmişdi. Çemberlen İngiltərəyə sülh zəmanəti ilə qayıtmışdı, ancaq bir il sonra İkinci Dünya Müharibəsi başladı. 

2. Çörçill, Truman və Stalin 

23 iyul, 1945-ci il - ABŞ prezidenti Harri Truman, İngiltərənin baş naziri Uinston Çörçill və Sovet lideri İosif Stalin Postdam konfransında əl sıxmışdılar. Hər üç lider İkinci Dünya Müharibəsindən sonra Avropanın, xüsusilə Almaniyanın taleyi haqda qərar vermək üçün toplanmışdı. Fransız lider Şarl de Qoll isə konfransa dəvət olunmamışdı. 

3. Conson və Martin Lüter Kinq 

2 iyul, 1964 - ABŞ prezidenti Lindon B.Conson və martin Lüter Kinq Ağ Evdə Vətəndaş Hüquqları Qanununun imzalanması üçün əl sıxmışdılar. Qanun irqi, dini, cinsi və etnik ayrı-seçkiliyi qadağan edirdi. 

4. Mao və Nikson 

21 iyul, 1972-ci il - Kommunist Çin lideri mao Tsedun Pekində ABŞ prezidenti Riçard Niksonla əl sıxıb. Ancaq bu əl sıxışması iki ölkə arasında illərdir davam edən düşmənçiliyi və inamsızlığı bitirmədi. Bununla belə, illərlə davam edəcək ticarət müqavilələri üçün qapıları açdı. 

5. Qorbaçov və Reyqan 

Noyabr, 1985-ci il - Sovet lideri Mixayıl Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan İsveçrənin Cenevrə şəhərində əl sıxıblar. Soyuq Müharibənin sonu yaxınlaşırdı. 

6. Tetçer və Mandela 

4 iyul, 1990-cı il - İngiltərənin baş naziri Marqaret Tetçer Afrika Beynəlxalq Konqresinin lideri Nelson Mandela ilə əl sıxıb. Tetçer vaxtilə ABK-yə "tipik terror təşkilatı" demişdi. Mandela 1994-cü ildə Cənubi Afrikanın prezidenti oldu. 

7. Rabin və Ərəfat 

13 sentyabr, 1993-cü il - Fələstin lideri Yasir Ərəfat İsrailin baş naziri İsak rabinlə Vaşinqtonda əl sıxıb. Liderlər "Oslo" sazişinin imzalanma mərasiminə qatılmışdı. Ev sahibi isə ABŞ-ın keçmiş prezidenti Bill Klinton olmuşdu. 

8. Makqinness və kraliça II Yelizaveta 

27 iyun, 2012-ci il - Kraliça II Yelizaveta Şimali İrlandiyanın baş nazir köməkçisi Martin Makqinnesslə əl sıxıb. Belfastda baş tutan bu görüşdə əl sıxışması saniyələr çəkib. Makqinness daha sonra bu görüşü "İngiltərə və İrlandiya xalqının öz aralarında yeni münasibəti təsdiq edən potensial" adlandırmışdı.

9. Obama və Kastro 

21 mart, 2016-cı il - ABŞ prezidenti Barak Obama Kuba lideri Fidel Kastro ilə Havanada İnqilab Sarayında əl sıxıb. Obama son yüz il ərzində Kubaya səfər edən ilk ABŞ prezidenti oldu. Kastro görüşdə Amerikanın uzun illərdir ölkəsinə qoyduğu embarqodan şikayət edərək münasibətlərin normallaşması üçün onalrın aradan qaldırılmalı olduğunu bildirmişdi. 

10. Santos və Timoşenko 

23 iyun, 2016-cı il - Kolumbiya prezidenti Xuan Manuel Santos "Timaşenko" kimi tanınan FARC lideri Timoleon Himeneslə sülh müqaviləsi  imzaladıqdan sonra əl sıxıb. Müqavilə Latın Amerikada ən uzun sürən daxili müharibə kimi bilinən 52 illik savaşa son qoyulmasında atılan mühüm addım idi.