Tarkan Ağalarovun məkanında konsert verəcək - 1 milyona razılaşıb

tarkan-agalarovun-mekaninda-konsert-verecek
Oxunma sayı: 1975

Meqastar Tarkan uzun fasilədən sonra Rusiyada konsert verəcək. “Qafqazinfo” xəbər verir ki, müğənni mayın 11-də Kazan Tatneft Arenada, 14-də isə azərbaycanlı biznesmen Araz Ağalarovun sahib olduğu “Crocus City Hall”da (Moskva) səhnəyə çıxacaq. 

Musiqili gecə Türkiyə- Rusiya Qarşılıqlı Mədəniyyət və Turizm İli çərçivəsində həyata keçiriləcək. Türkiyə KİV-ləri yazır ki, pop ulduz hər iki konsert üçün 1 milyon dollar qonorar əldə edəcək.