Tarkan sabah Bakıda olacaq

tarkan-sabah-bakida-olacaq
Oxunma sayı: 645

Türkiyənin meqastarı Tarkan sabah Bakıda olacaq.

“Qafqazinfo” xəbər verir ki, müğənni “Formula 1” Azərbaycan Qran-Prisinin açılışında səhnəyə çıxacaq. 

Türkiyə KİV-nin yaydığı məlumata əsasən, Tarkan konsert üçün Azərbaycan tərəfindən 500 min dollar alacaq. 

Xatırladaq ki, Tarkandan daha əvvəl Bakı Formula 1 yarışlarının açılış mərasiminə Enrique İglesias, Chris Brown və Pharrell Williams kimi məşhurlar dəvət edilmişdilər.