“Tarkanın Bakı konsertindən sonra müğənni oldum”

“Tarkanın Bakı konsertindən sonra müğənni oldum”
Oxunma sayı: 2323

Türkiyənin məşhur pop ulduzu Murad Boz Tarkanın Azərbaycandakı konsertindən sonra solo karyerasına başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, müğənni bu barədə “Bir Hülya Avşar sohbeti” proqramına qonaq olarkən deyib. 

Boz bildirib ki, Bakıda müğənni olmaq barədə qərara gəlib:

“Bek-vokal olmağı peşə kimi qəbul etmişdim. Solo karyera qurmaq barədə düşünmürdüm. Amma bir gün Tarkan Azərbaycanda konsert verdi. Təxminən 35-40 min insan var idi.

Tarkanın Bakıdakı konsertindən sonra müğənni oldum. Orada mənə “Asla” mahnısını oxutdu. Bu qədər insanla əlaqə qurmaq, öz mahnılarımı ifa etmək arzusuna gəldim, peşəmə aşiq oldum.O hissi yaşamaq başqa bir şeydir”. 
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi