“Taro” azadlığa çıxdığı gün həbs olundu - Yenilənib

taro-azadliga-cixdigi-gun-hebs-olundu
Oxunma sayı: 7393

“Qanuni oğru” Tariel Muluhov (Taro) aprelin 9-da azadlığa çıxıb.

“Qafqazinfo”nun “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarından bildirilib ki, Oniani sərbəst buraxılan kimi Rusiyadan Gürcüstana deportasiya olunub. O, Tbilisidən Türkiyəyə keçəcək, artıq bileti alınıb. Burada onun tərəfdaşlarının böyük əksəriyyəti məskunlaşıb. 

Qeyd edək ki, 2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi 61 yaşlı Onianini insan oğurluğu və dələduzluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Moskvalı biznesmeni oğurlamaqda ittiham olunan “Taro” 2019-cu ilin iyununda azadlığa çıxmalı idi. Lakin 2017-ci ildə məhkəmə “qanuni oğru”nun cəzasını 2 ay azaltdığı üçün o, bu gün sərbəst buraxılıb.

***

“RİA Novosti” xəbər verir ki, “Taro” azadlığa çıxdığı gün yenidən həbs olunub. Bu barədə  Sol- İletsk məhkəməsinin nümayəndəsi Liniza Şevçik bildirib.

Tariel Muluhanov 40 gün, yəni mayın 19-na qədər həbsdə olacaq. 

Onun həbsinə səbəb kimi İspaniya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilməsi göstərilir.