Tatar müğənni səhnədə yıxılaraq öldü - Video

tatar-mugenni-sehnede-yixilaraq-oldu
Oxunma sayı: 4129

Tatarıstanın tanınmış müğənnisi Faniya Xaliullova dünyasını dəyişib.  “Qafqazinfo” xəbər verir ki, o, rəhbəri olduğu “Неугасимые звезды” ansamblının açılış konsertində həyatını itirib. 

53 yaşlı müğənni iki gün əvvəl mədəniyyət evinin səhnəsində mahnı oxuyarkən huşunu itirib, anidən yerə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb edilib. Bildirilib ki, Xaliullova ürək çatışmazlığından vəfat edib.