Tatlısəs Bakıya Aygün Kazımova ilə gəlib

Tatlısəs Bakıya Aygün Kazımova ilə gəlib
Oxunma sayı: 157

Lent.az-ın məlumatına görə, müğənninin gəlişi mediadan gizli saxlanılsa da, sosial şəbəkələrdə onun ilk fotosu paylaşılıb.

İbrahim Tatlısəs tanınmış ekstrasens Nuridə Küskün yanına müayinəyə gəlib. O, bir müddət Nuridə Küskünün ofisində qaldıqdan sonra otelə yerləşib.

Onu da əlavə edək ki, İbrahim Tatlısəs Bakıya xalq artisti Aygün Kazımova ilə eyni təyyarədə gəlib. Daha sonra Nuridə Küskünün ofisində bir müddət qaldıqdan sonra otelə yerləşib. Nuridə Küskün sabahdan etibarən müğənninin müalicəsində başlayacaq.

Qeyd edək ki, Nuridə Küskün bu gün Lent.az-a açıqlamasında bildirib ki, o, türkiyəli müğənnini müalicə edəcək: ““Bu yaxınlarda İstanbuldan çəkiliş üçün gəlmişdilər. Onlar da bunu məndən soruşdular. Bildirdim ki, mən bu işi təmənnasız həyata keçirəcəyəm. Onlara bildirdim ki, İbrahim Tatlısəs həm Türkiyənin, həm də bizim əzizimizdir. Birinci Tanrı kömək edəcək, sonra isə biz. Mən İbrahim Tatlısəsə sözümü demişəm. Mən hörmət, para, savabın kimdən gəldiyini bölüşdürməyi bacarıram. Tanrı qarşısında söz verdim ki, ona kömək edəcəyəm. Mənə gələn səslər heç vaxt məni aldatmayıb”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi