Tatlısəsin Bakını tərk etməsinə səbəb olan zəng - Açıqlama

tatlisesin-bakini-terk-etmesine-sebeb-olan-zeng-aciqlama
Oxunma sayı: 804

Səhər saatlarında ekstrasens Nuridə Küskünün yanına müalicəyə gələn Türkiyə musiqisinin imperatorunun Bakıdan getdiyi xəbəri yayıldı.

Məlumatı dəqiqləşdirmək üçün Nuridə Küskünlə əlaqə saxlamağa çalışdıq. Telefona isə həmişə olduğu kimi ekstrasens deyil, köməkçisi cavab verdi. “Qafqazinfo”ya açıqlamasında köməkçisi İbrahim Tatlısəsin dünən gecə saatlarında Bakıda olduğunu təsdiqləyib. Bu gün isə nələrin baş verdiyindən xəbərsiz olduğunu qeyd edib.

Daha sonra bizimlə əlaqə saxlayan Nuridə Küskünün köməkçisi xəbərin doğru olduğunu və ekstrasensin də bunu təsdiqlədiyini bildirib: “Nuridə xanım dedi ki, İbrahim Tatlısəs Türkiyədən gələn təcili zəngə görə Bakıdan qəflətən ayrılmalı olub”.

Nuridə Küskün qəfil zəngin isə İbonun hamilə olan həyat yoldaşından gəldiyini deyib: “İbonun xanımı hamilədir. Özünü pis hiss etdiyi üçün İbrahim onun yanına qayıdıb”.

Həmçinin bildirək ki, İbrahim Tatlısəs Bakını tərk edərkən 3 gün sonra yenidən müalicə üçün ekstrasensin yanına qayıdacağını bildirib.