Tatlısəsin başına qara tük çıxıb

tatlisesin-basina-qara-tuk-cixib
Oxunma sayı: 632

Məlum olduğu kimi, Tatlısəsin zədələnən kəlləsindəki sümüklər əvvəlki funksiyasını yerinə yetirməsi üçün qorunmaq məqsədilə qarın nahiyəsində dəri altına yerləşdirilmişdi. “Qafqazinfo”nun məlumatına görə, Almaniyada bu sümükləri çıxaran həkimlər, güllənin zədələdiyi hissəyə bərpa etmək istəsə də uğurlu nəticə alına bilməyəcəyi üçün plastik cərrahiyyə ediblər.

Bu mərhələdən sonra gözlənilməyən bir irəliləyiş olub. Müğənninin başının hər yerində dümağ saç çıxmağına baxmayaraq, həmin hissədə qapqara saç çıxmağa başlayıb. Tatlısəsin qara saçı görəndə çox sevindiyi, tez-tez bu nahiyəyə baxdığı xəbər verilir.